Almaniyanın paytaxtı Berlin şəhərində insident baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Berlinin Koynsberq kvartalında yaşanıb. Belə ki, naməlum şəxslərin atışması nəticəsində 3 nəfər yaralanıb.

Berlin polisi məlumatı təsdiq edib. Hazırda insidentin təfərrüatları araşdırılır. Axtarışlar davam edir.