Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi də koronavirus əleyhinə vaksinasiya prosesindən keçib.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyində məlumat yayılıb. Krallığın vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Əl-Səud COVID-19 vaksini vurdurub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı COVID-19 vaksinləri ilə bağlı milli proqram qəbul edən və vaksinlərin tədarükünə başlayan ilk müsəlman ölkələrindən biri olub.