Türkiyənin milli müdafiə naziri Liviyaya səfər edib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş qərargah rəisi Yaşar Güler də Akarla birgə Tripoliyə gedib.
BMT tərəfindən tanınmış Liviya mərkəzi hökumətinin başçısı Xalid Əl-Məşri, Liviyanın müdafiə naziri Səlahəddin Nemruş və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub. Liviyada üsynaçı qüvvələrə qarşı mübarizədə Türkiyə mərkəzi Liviya hökumətini dəstəkləyəcək. Hərbi əməkdaşlığın davam etdirilməsi müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Liviya ordusuna təlimlər keçir.