Rusiyanın "Sputnik V" vaksinlərinin 60 yaşdan da yuxarı şəxslərdə effektiv olduğu iddia edilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə istehsalçılar məlumat verib. Bu vaksinin istehsalında və hazırlanmasında iştirak edən tibb alimləri "Sputnik V" vaksinlərinin ahıl insanlarda da effektiv nəticələr göstərdiyini söyləyiblər.

90 faiz effektivlik əldə olunarsa, vaksinlər bu yaş qrupunda tətbiq olunacaq.