İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfləri Əfqanıstanda atəşkəsə çağırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat Əfqanıstandakı sülh prosesi ilə bağlı danışıqları dəstəklədiyini açıqlayıb.

İƏT-in Əfqanıstandakı özəl təmsilçisi Hüseyn Avni Botsalı təşkilata üzv ölkələrin XİN başçılarının toplantısında Taliban və Əfqanıstan mərkəzi hökumətinin atəşkəsə riyaət etməli olduğu barədə çağırış edildiyini diqqətə çatdırıb. Sülh prosesi ilə bağlı Əfqanıstanda yeni pəncərənin açıldığını və bu fürsətin dəyərləndirilməsinin önəmli olduğu bir daha vurğulanıb.