ABŞ-ın hazırkı prezidenti Donald Tramp ölkənin yeni seçilmiş dövlət başçısı Co Baydeni "saxta prezident" adlandırıb.
Unikal.org xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb.
ABŞ rəhbəri Birləşmiş Ştatlarda ötən ayın əvvəllərində keçirilmiş səsvermələri üçüncü dünya ölkələrində liderlərin seçilməsi proseduru ilə müqayisə edib.
"Əfqanıstanda xidmət etmiş gənc hərbçi mənə danışdı ki, həmin ölkədə seçkilər 2020-ci ildə ABŞ-da keçirilmiş seçkilərdən daha təhlükəsizdir və daha yaxşıdır. Bizimki (seçkilər – red.) poçt ilə göndərilmiş milyonlarla və milyonlarla bülletenli seçki idi üçüncü dünya (ölkələri kimi idi - red). Feyk prezident!" – Tramp tvitterdəki hesabında yazıb.