Böyük Britaniyada son sutkada 34 693 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 256 005 nəfərə çatıb. Son sutka ərzində 210 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 70 405 nəfərə çatıb.