Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib. Bu zaman ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.
Unikal.org xəbər verir ki, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.
Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır. Həmin şəxslərin ezamiyyədən qayıtdıqdan sonra iki həftə müddətinə karantində qalmaması barədə güzəşt ləğv olunur.
Koronovirusun yeni ştammının aşkar edildiyi ölkələrdən qayıdan Yaponiya sakinlərindən son 3 sutka ərzində həmin ştammın aşkar edilməməsi barədə arayış təqdim etməsi tələb olunacaq.