Çin və Uzaq Şərq ölkələrinin müasir telefon istehsalçılarının Türkiyəyə marağı artıb. Artıq Çinin bir şirkəti Türkiyədə istehsal müəssisəsi quracağını və gələn il ərzində müasir telefonların istehsalına başlayacağını bildirib. Bəzi yerli şirkətlərin də bu istiqamətdə müraciətləri var.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank bildirib.
Son illər Türkiyənin sərmayədarlar üçün cazibə mərkəzi halına gəldiyini deyən nazir yaxın gələcəkdə bu istiqamətdə vacib addımların atılacağını vurğulayıb.
Qeyd edək ki, Türkiyəyə sərmayə qoyan bir Çin firması fevral ayında ilk istehsala başlamağı planlaşdırır. Təxminən min nəfərlik işçi ilə işə başlayacaq şirkət tərəfindən gələcəkdə 10 milyonadək müasir telefon modellərinin istehsalı nəzərdə tutulur.