Pakistanın şimalında helikopter qəzası baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub. Onlardan ikisi pilot, ikisi isə hərbçilərdir.

Qeyd edilir ki, helikopter əsgərin meyitini hospitala aparırmış. Hadisəyə texniki nasazlıq səbəb olub.