Türkiyənin şərqində Elazığda zəlzələ qeydə alınıb.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Elazığdakı zəlzələdən sonra sosial media hesabında məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Elazığın mərkəzində saat 09.37-də 5.3 bal gücündə və 15.94 km dərinlikdə bir zəlzələ meydana gəlib: “İndiyə qədər heç bir mənfi vəziyyət yoxdur. Bütün komandalarımız taramalarını sahələrdə davam etdirirlər. Məlumat verməyə davam edəcəyik”.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.