Ermənistanda son sutka ərzində daha 485 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 157 834-ə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2768-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 673 nəfərdir.