Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1097 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  221 605 , ölənlərin sayı isə 2 377 nəfərə çatıb.

Virusa yoluxanlardan 203 547 nəfərin sağaldığı bildirilir.