Epidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır.
Unikal.org xəbər verir ki, bir çox dövlətlər peyvəndlərə başlamağı bu bazar günü planlaşdırır. Onların arasında Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Avstriya, Estoniya, Litva, Polşa, Bolqarıstan kimi ölkələr var. İrlandiyada peyvəndlərə başlanılması 30 dekabrda, Belçikada 28 dekabrda nəzərdə tutulub