Çexiyanın Baş naziri Andrey Babiş ölkədə koronavirus əleyhinə ilk peyvəndi vurdurub.
Unikal.org xəbər verir ki, Çexiyada koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Baş nazir Andrey Babiş Praqa Mərkəzi Hərbi Xəstəxanasında peyvəndlənən ilk vətəndaş olub. Prosedur Çexiya televiziyasında canlı yayımlanıb.
Qeyd edək ki, Çexiyada dekabrın sonu və yanvarda virusa yoluxanlarla işləyən həkimlər, həmçinin xəstəxana əməkdaşları, qocalar evlərinin yaşlı sakinləri, strateji infrastruktur işçiləri- yanğınsöndürənlər, hərbi qulluqçular və atom elektrik stansiyası işçiləri peyvəndlənəcəklər.
Fevral ayından etibarən əhalinin kütləvi pulsuz və könüllü vaksinasiyası həyata keçiriləcək, ilk mərhələdə yaşlı insanlara üstünlük veriləcək.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin birinci rübündə 1,1 milyon insanın peyvənd edilməsi planlaşdırılır.