Avstraliyanın Sidney şəhərindəki məşhur Bondi çimərliyində sevgilisi ilə yemək yeməyə gedən gənc qadın restorandan qovulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, italyan turist geyiminin "uyğunsuz" olduğu üçün restorandan qovulduğunu iddia edib. Martina Corradi bununla həyatının şokunu yaşayıb. Daha sonra o, sosial şəbəkə hesabından geyimini paylaşaraq etiraz edib.