Səudiyyə Ərəbistanında dörd yeni neft və qaz yatağı kəşf edilib.
Unikal.org xəbər verir ki, bu barədə Səudiyyənin energetika naziri, şahzadə Əbdül Əziz bin Salman məlumat verib. Nazirin sözlərinə görə, sözügedən mənbələr “Saudi Aramko” şirkəti tərəfindən tapılıb.
Şirkət yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir.