İstanbulun Beykoz ərazisində iş yerinin pəncərəsindən asılmış Türkiyə və Azərbaycan bayraqlarını sökən şübhəli şəxs saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə keçən cümə baş verib. Belə ki, şəxsin əməli küçədəki təhlükəsizlik kameralarına anbaan əks olunub. Hadisə yerinə gələn polis qrupları axtarış sisteminə keçiblər.
Təhlükəsizlik kameralarını yoxlayan polis, bayraqları yerə atan şəxsin 47 yaşlı M.A. olduğunu təyin edib. M.A., polis qrupları tərəfindən nəzarətə alınıb.
İlkin araşdırmalara görə, yaşadığı məhəllə sakinləri tərəfindən əqli cəhətdən qeyri-sabit olduğu elan edilən şübhəlinin "itkin düşmüş şəxs" olaraq axtarıldığı və "cinsi təcavüz", "qəsdən yaralama" və "məişət zorakılığı" kimi cinayətlərə görə qeydiyyata alındığı müəyyən edilib.