Ukraynanın Vinnitsa bölgəsində dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hava almağa çıxan ana övladını nəzarətsiz qoyaraq içəri daxil olub. Belə ki, sığınacaq yer axtaran pişik uşaq arabasının üstünə çıxıb.  Bu zaman nəfəs ala bilməyən uşaq boğularaq ölüb.

Ana həyətə çıxdıqda arabanın içində bir pişik olduğunu görüb və onu qovub. Daha sonra uşağın hərəkətsiz olduğunu görən ana təcili tibbi yardım çağırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.

Ekspertizadının rəyindən sonra uşaqda hər hansı zorlanma aşkarlanmayıb. Pişiyin uşağın üzündə oturması nəticəsində boğularaq öldüyü təsdiq olunub. Yaşanan qorxunc hadisədən sonra ana və ataya psixoloji yardım göstərilib.