Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş sərhəd korpusu postuna terrorçular hücum edib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü baş vermiş hadisə nəticəsində yeddi hərbçi qətlə yetirilib. İntensiv atışmadan sonra terror hücumunun qarşısı alınıb.

Pakistan hərbçiləri ərazini mühasirəyə alaraq qaçan terrorçuları ələ keçirmək üçün yolları bağlayıblar. Axtarış əməliyyatları davam etdirilir.