Türkiyədə son sutka ərzində daha 254 nəfər koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 19 878 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 2 milyon 15 mindən çox insan koronavirusa yoluxub.