Almaniyanın səhiyyə naziri Yens Şpanın reytinqi ölkənin kansleri Angela Merkeli keçib.

Unikal.org xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşrində məlumat dərc olunub.

Belə ki, nüfuzlu sorğu mərkəzi olan "Kantar"ın ölkə ərazisində keçirdiyi sorğunun nəticəsi məlum olub. Respondentlərin 52 faizi nazirin siyasi fəaliyyətinin maksimum önəm kəsb etdiyini vurğulayıb. Qadın respondentlər arasında bu göstərici daha yüksək olub - 66 faiz.

Qeyd edək ki, ilin əvvəlində keçirilmiş analoji sorğuda Yens Şpan respondentlərin 28 faizi arasında reytinqli olmuşdu.