İranda zəlzələ hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib. 

Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.  Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub. 

Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu.