Livanda qaçqın düşərgəsinin yanmasına görə xeyli insan həbs olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanların arasında ərəb əsilli Suriya vətəndaşı olan 6 nəfər də var. Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisənin insident nəticəsində yandığı bildirilir. Belə ki, düşərgədə böyük dava nəticəsində yanğın yaranıb və qaçqın düşərgəsini alovlar bürüyüb. Siyasi qüvvələr qaçqın düşərgəsinin yandırılmasını pisləyən və günahkarların mühakimə olunmasını tələb edən çağırışlar yayıblar.