Peruda zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi ölkənin cənubundakı Karavelli əyalətində baş verib. Zəlzələ Rixter şkalası ilə 6.1 balla qiymətləndirilib. Ocaq yerin 45 kilometr dərinliyində yerləşib.

Rəsmilər sunami təhlükəsinin olmadığını, lakin 8 yaşayış binasının zərər gördüyünü açıqlayıb. İnsan tələfatı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Peru And-Kordilyer qurşağında və Sakit okean ocaqlarına yaxın regionda yerləşdiyindən seysmoaktiv ərazi hesab olunur. Bu ölkədə tez-tez zəlzələ və digər seysmoloji hadisələr baş verir.