Braziliyanın vitse-prezidenti Amilton Mouranın yeni növ koronavirus infeksiyasını müəyyən etmək üçün verdiyi analiz nümunələri müsbət çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amilton Mouran iqamətgahında özünü təcrid edib.

İlkin məlumatlara görə, siyasətçi özünü yaxşı hiss edir, xəstəliyi yüngül keçirir.