Ermənistanda parlamentin önünə toplaşan etirazçılarla qanunverici orqanın növbədənkənar toplantısı üçün parlamentə gələn deputatlar arasında qarşıdurma yaşanıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılardan bəziləri deputatların üstünə hücum çəkib və onların parlament binasına daxil olmasını əngəlləməyə çalışıblar.

Polisin müdaxiləsindən sonra deputatlar iclasa gedə biliblər. Xeyli etirazçının saxlanıldığı, polisin aksiyaçılarla kobud davrandığı deyilir.