Çinin Hubey vilayətinin Uhan şəhərində meydana gələn Covid-19 epidemiyası ilə bağlı informasiya yayan jurnalist həbs olunub.
Unikal.org xəbər verir ki, jurnalistin vəkili Cang Keke etdiyi açıqlamada, müvəkkilinin Uhanda yeni növ koronavirus (Covid-19) yayılması ilə əlaqədar verdiyi xəbərə görə 4 il həbs cəzasına məhkum edildiyini söyləyib.
Vəkil Cang may ayında saxlanılan müvəkkilinin bir neçə aydır aclıq aksiyası keçirdiyini və səhhətinin pis olduğu Cangın məhkəməyə əlil arabası ilə qatıldığını da bildirib.
Qeyd edək ki, fevral ayının əvvəlində Uhan şəhərində Covid-19 epidemiyası ilə əlaqədar "Twitter", "YouTube" və digər sosial media platformalarında canlı yayım yayan və səlahiyyətlilərin virusa qarşı tətbiq etdiyi üsula tənqidi məqalə yazan 37 yaşlı Cang may ayında saxlanılıb.