Çinin oyun şirkəti "Yoozoo" (Game Nation) baş meneceri Lin Çin çalışdığı şirkət əməkdaşı tərəfindən zəhərlənərək öldürülüb.
Unikal.org xəbər verir ki, Lin evə qayıdarkən vəziyyətinin pisləşdiyini hiss edərək, xəstəxanaya müraciət edib.
Xəstəxanadan Linin zəhərləndiyini polisə xəbər verdikdən sonra istintaq başladılıb. İstintaq nəticəsində 39 yaşlı Linin zəhərləndiyini və şübhəlinin Şü soyadlı bir şirkət işçisi olduğunu bildirilib.
Linin sözügedən işçi ilə problemi olduğu, işdən çıxmağa məcbur etmək üçün maaşını endirdiyi və Şünün bu səbəbdən menecerini zəhərlədiyi iddia edilib.
Çinin ən varlı adamlarını elan edən "Hurun China Rich List" ə görə Lin "Rəqəmsal iqtisadiyyat liderləri" siyahısında idi və 1 milyard dollardan çox şəxsi sərvəti ilə son illərdə ölkənin dollar milyarderlərindən biri olub.
Mobil platformalarda istehsal etdiyi oyunlarla tanınan "Yoozoo"da "Game of Thrones" oyun strategiyası ilə diqqət çəkib.