Rusiya Federasiyasının Çeçenistan Respublikasında insident baş verib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, paytaxt Qroznıda naməlum şəxslərin polislərlə atışması nəticəsində 2 polis əməkdaşı ölüb.
Cinayətkarlardan da biri zərərsizləşdirilib. Digərləri qaçmağı bacarıb. Hazırda axtarışlar və araşdırmalar davam etdirilir.