Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin yoxsul ölkələrlə münasibətləri barədə danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Çavuşoğlu ölkəsinin ən az inkişaf etmiş ölkələrin hamisi və himayədarı kimi çıxış etdiyini bildirib.

"Beynəlxalq platformalarda ən zəif və həssas qrupların, yoxsul ölkələrin durumu ilə bağlı bir çox qərara dəstək verdik və imza atdıq. Pandemiya dönəmində din, dil, irq fərqi qoymadan ehtiyacı olan hər ölkəyə yardım etdik. Türkiyə ən az inkişaf etmiş ölkələrin hamisi kimi çıxış edir", - deyə Mövlud Çavuşoğlu əlavə edib.