Qərbi Afrika ölkəsi olan Qvineyada etnik qarşıdurma 11 insanın həyatına son qoyub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Masenta şəhəri ətrafında yerli tomases və manies etnik qrupları arasında məskunlaşma ilə bağlı qarşıdurma yaranıb.
Silahlı toqquşma nəticəsində hər iki tərəfdən 11 insan həlak olub, 40-dan çox insan yaralanıb. Toqquşmalar Masentadan qonşu Qokdou və Nzerekor şəhərlərinə də yayılıb. Hər iki etnik qrup digərini Masentadan çıxarmaq istəyir. Mərkəzi hökumət etnik qrupların silahı yerə qoyması üçün addımlar atmağa başlayıb.