Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski gələcəkdə Rusiya prezidenti ola biləcək şəxslərin adını açıqlayıb.

Unikal.org  xəbər verir ki, , o bu barədə "Rusiya 1" telekanalında "Vladimir Solovyovla axşam" verilişində qonaq olarkən qeyd edib. 

Jirinovskinin sözlərinə görə, bu siyahıda 8-9 ad var. Namizəd olaraq, o, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, xarici kəşfiyyat xidmətinin başçısı Sergey Narışkin, keçmiş baş nazir Dmitri Medvedev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun adını çəkib.