Ukrayna Donbasdakı insidentlərə görə ATƏT-ə nota verib.
Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, ATƏT-in müşahidə missiyasının fəaliyyətinə uyğun olaraq nota göndərilib.
Belə ki, rəsmi Kiyev Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələrin atəşkəs anlaşmasını pozaraq Ukrayna ordusunun hərbi qulluqçularını öldürdüyü və yaraladığı barədə məlumatarı notaya əlavə edərək ATƏT-ə təqdim edib.
Sonuncu belə insidentin dünən 23:00 radələrində baş verdiyi, Ukrayna ordusu hərbi qulluqçusunun xəsarət aldığı da qeyd olunub.