Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 257 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 197 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 20 135, ağır xəstə sayı isə 4251 nəfər olub. Bu, dünənki ağır xəstə sayı ilə müqayisədə 54 nəfər azdır. Nazir COVID-19-la mübarizə tədbirləri nəticəsində yoluxma və bu infeksiyadan səhhəti ağır olan xəstələrin sayında azalmanın davam etdiyini deyib.