Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək.
Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bildirib.
"Mutasiya davam edəcək. Mutasiya təbii prosesdir. Virusun özünə xüsusi olaraq təsir etmir, ancaq bu variantları, o cümlədən yoluxdurma potensialı nöqteyi-nəzərindən araşdırmağa davam etməliyik", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, ÜST vəziyyəti yaxından izləməyə və dünyadakı mutasiyaları izləyən alimlərlə işləməyə davam edir.
Mariya van Kerkhove qeyd edib ki, təşkilatın koronavirusun yeni variantlarını öyrənən mütəxəssis qrupları var. Onların işlərinin nəticələri yaxın vaxtlar əldə olunacaq.