İsveçrənin məhşur Verbier xizək kurortundakı hotellərin birindən yüzlərlə britaniyalı turist yoxa çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İddia edilir ki, Britaniyadan məcburi karantin əmri alan 350-dən çox turist hoteldən qaçıb. Hotel sahibləri qonaqlar üçün göndərdikləri səhər yeməyinin toxunulmamış qaldığını görüb, onlarla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər.
Turistlərin gecə saatlarında hoteldən ayrıldıqları ehtimal olunur. Hazırda onların axtarışları davam etdirilir.