Böyük Britaniyada son sutka ərzində 41 385 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınan rekord göstəricidir.
Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 329 730 nəfərə çatıb. Ötən 24 saatda daha 357 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 71 109-a yüksəlib