ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden fəaliyyətdə olan Tramp administrasiyasının keçidə əngəl olduğunu açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyətin təhvil-təslim prosesinin uzadıldığını söyləyən Bayden xüsusilə Pentaqon barədə danışıb. Bayden Müdafiə Nazirliyindəki siyasi rəhbərliyin önəmli bilgiləri yeni administrasiya təmsilçilərinə vermədiyini və prosesi yubatdığını bildirib.
"ABŞ-ın təhlükəsizliyi üçün kritik önəmə sahib təsisatlar zərər gördü, dağıdıldı. Bu gecikdirmələr də düşmənlərin boşluqdan yararlanmasına səbəb olur", - deyə Co Bayden bəyan edib və tezliklə əngəllərin ortadan qaldırılmasına çağırıb.