Venesuelanın şimal-şərqindəki Monaqas ştatının Kano-de-los-Beserros yaşayış məntəqəsində yük maşınında olan qaz balonlarının partlaması nəticəsində 30-dan çox insan yanıq xəsarətləri alıb.

Unikal.org xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır.