Mərakeşdə bir qrup vəkil krallığın İsraillə münasibətlərinin normallaşması ilə bağlı qərarını mübahisələndirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onlar hökumətin bu yöndəki qərarının ləğv edilməsini tələb ediblər. Sözügedən qərarın nəinki siyasi, hətta hüquqi ziddiyyət yaratdığı bildirilib. Belə ki, Mərakeşin konstitusiyasına, həmçinin BMT-nin normativ-hüquqi aktlarına zidd olduğu iddia edilib.
İş hazırda icraata götürülüb. Məhkəmə baxışı olacağı deyilir.