Türkiyə ordusu şəhid verib.
Unikal.org xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, "28 dekabr 2020-ci il tarixində Ankara / Şereflikoçhisar bölgəsində baş verən silah qəzası nəticəsində, qəhrəman silahdaşlarımızdan biri yaralanıb və köçürüldüyü xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.
Bizi kədərə boğan bu hadisədə həyatını itirən müqəddəs şəhidimizə, ailəsinə, Türk Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbr diləyirik" - deyə bildirilib.