"Paşinyanın maraqlarını qoruyanlar cavab verəcəklər".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri müxalif Daşnaksütun Partiyasının funksioneri Qeqam Manukyan bəyan edib. Manukyan bu gün birləşmiş müxalifətin parlamentin önündə Nikol Paşinyana istefa tələbi ilə keçirdiyi aksiyada çıxış edib.
"Paşinyanın maraqlarını qoruyanlar qanun qarşısında cavab verəcəklər. Aksiyalarda vətəndaşlarla kobud davrananlar, hakimiyyəti müdafiə etmək üçün xalqı incidən məmurların aqibəti yaxşı olmayacaq", - deyə Manukyan əlavə edib.
Daşnaksütun Partiyasının bununla bağlı bəyanat hazırladığı və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi də bildirilir. Aksiya hazırda davam edir.