Rusiya Federasiyası və Belarus Respublikası arasında neft anlaşması imzalanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Rusiyanın Belarusa neft ixracının şərtləri müəyyən edilib. 2021-ci ildə 4.5 milyon ton neftin Rusiyadan Belarusa satışı nəzərdə tutulub. Artıq vaxt qrafiki də təsbit olunub.

Belarusun neft tədarükünün kəmərlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.