Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də polkovnik-leytenant Anar Əliyevdir.
Unikal.org xəbər verir ki, o, 1980-ci ildə Kəlbəcərin Boyatlı kəndində anadan olub. Valideyinlərinin iş yeri ilə əlaqədar, 1981-ci ildə Ağdərənin Levonar kəndinə köçüblər. Ailə 1988-ci ilin avqustunda erməni terroru nəticəsində Tərtərin Bəyimsarov kəndində məskunlaşıb.
Böyük vətən müharibəsinin başlanmasının 4 gözlə intizarında olan Anar Əliyev bir neçə istiqamətdə qəhrəmancasına vuruşub. Gözündən yaralanan polkovnik-leytenantın sonuncu və ən çətin döyüşü oktyabrın 21-i Xocavənd rayonundakı yüksəklikdə olub.