Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması təklif edilib.

Unikal.org xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

“Həmrəyilik günü ərəfəsində bir məsələni də demək istəyirəm. Burada bəzi partiya sədrləri var ki, onların adlarını çəkməyi Milli Məclisə yaraşdırmıram. Onlar deyir ki, Şuşa əhalisi ora qayıtmaq istəmir. Bu qədər yalan danışmaq olarmı? Özü əlində avtomat tutmayan, hərbi xidmətdə olmayan adam gəlir belə şeylər danışır”,- deyə komitə sədri bildirib.