İranda ötən sutka ərzində 128 nəfər koronavirusdan (COVID 19) ölüb.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 223 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 390 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 225 143 nəfərə çatıb. Virus daşıyıcılarından 5 039 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 988 838 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 7,62 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 63 rayon narıncı zona və 381 rayon sarı zona hesab olunur.