Braziliyada "Britaniya ştammı"na yoluxma faktı aşkar edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada koronavirusun "Britaniya ştammı"na iki yoluxma qeydə alınıb. Hər iki şəxs dərhal təcrid edilib və stasionar müalicəyə cəlb edilib. Onların Braziliya ərazisinə xaricdən daxil olduğu bildirilir.
Qeyd edək ki, Braziliya da bir neçə digər ölkə kimi Böyük Britaniya ilə hava əlaqəsini qapadıb və sərnişin təyyarələrinin uçuşlarını ləğv edib.