İran Prezidenti Həsən Ruhani, ABŞ Prezidenti Donal Trampı İraqın devrilmiş lideri Səddam Hüseyinə bənzədib.
Unikal.org xəbər verir ki, Ruhani Trampı İraqın devrilmiş lideri Səddam Hüseyinə bənzədərək, "Səddam bizə 8 il müharibə etdi və məhv edildi. Tramp bizə 3 il iqtisadi müharibə etdi və bu yaxın həftələrdə başa çatacaq", - deyə ifadə edib.
Qeyd edək ki, videokonfransa qatılan Ruhani, İnqilab Keşikçiləri Ordusu Qüds Komandiri Kasım Süleymaninin ölümünə səbəb ABŞ-ı günahlandıraraq, Trampın siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.