"2018-dəki ədalət carçısı bizə faciələr gətirdi".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının təmsilçisi Naira Zohrabyan baş nazir Nikol Paşinyan haqda səsləndirib.
"2018-dəki ədalət carçısı bizə faciələr gətirdi. O vaxt bizə talan olunmuş bütün sərvətləri qaytaracağını söz vermişdi. Amma bizə verdiyi xəyanət və faciə oldu. Onun fəaliyyəti ən böyük nifrətə layiqdir", - deyə Zohrabyan əlavə edib.